27 
Apr
2022
14:05
4115

Avtomobil sahiblərinin nəzərinə...

Parlamentdə avtomobilin düzgün saxlanmamasına görə cərimələrin sayının artacağını nəzərdə tutan qanun layihəsi irəli sürülüb.

lnterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Beka Davituliani bildirib.

Məlumata görə, nəqliyyat siyasəti islahatını təkmilləşdirmək və bu sahədə nizam-intizamı daha da yüksək səviyyədə təmin etmək məqsədilə Tbilisi meriyasının təşəbbüsü ilə parlamentlə sıx əməkdaşlıq şəraitində yeni qanunvericilik təşəbbüsləri paketi hazırlanıb. 

Xüsusilə, layihəyə əsasən: Piyadalar üçün nəzərdə tutulan ərazidə park edilmiş avtomobil dərhal evakuasiya ediləcək; Bələdiyyəyə avtobus zolağında taksinin keçəcəyi yerləri və şərtləri müəyyən etmək hüququ veriləcək; Protokolun avtomobilin şüşəsinə qoyulması qaydası ləğv edilir, Protokol qanun pozuntusuna yol vermiş şəxsə standart qaydada göndəriləcək və eyni zamanda o, SMS mesajı olaraq göndəriləcək.

Bundan əlavə, avtomobil-velosiped yolunda hərəkət, durmaq və ya dayanma; taksi dayanacağında dayanma; Nəqliyyat vasitəsinin yolda tərk edilməsi; Elektrik mühərrikli nəqliyyat vasitəsinin enerji doldurma məntəqəsində saxlama və əlilliyi olan şəxslər üçün dayanacaqda saxlama mövcud 50 lari əvəzinə 100 lari cərimə ilə nəticələnəcək!

Qoşqu, avtobus və digər tələblərə cavab verməyən nəqliyyat vasitələrinin avtomobil üçün dayanacaqda saxlanması da 100 lari məbləğində cərimə ilə nəticələnəcək.

Eyni zamanda, zonal parkinq sisteminin tətbiqi qadağan nişanı tələbinə əməl olunmamasına və parkinq qaydasının pozulmasına görə cərimənin 10 laridən 50 lariyə qədər artırılması zərurətinə səbəb olub.

“Bu dəyişikliklər piyadaların, əlilliyi olan şəxslərin, velosiped və elektrik nəqliyyatından istifadə edən vətəndaşların hüquqlarının qorunmasına daha böyük təminatların verilməsinə gətirib çıxaracaq ki, bu da bütövlükdə nəqliyyat siyasətinin fəaliyyətinə birbaşa mütənasib təsir göstərəcək.

Bu dəyişikliklər paytaxtımızda müasir, Avropa tipli, yaxşı tənzimlənmiş nəqliyyat sisteminin formalaşmasına xidmət edən islahatlar zəncirinin mühüm həlqəsidir!”, - deyə Davituliani bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər