03 
Sen
2021
16:32
1793

Gürcüstanda iki dəfə peyvənd olunmuş şəxslərdə üç ölüm hadisəsi qeydə alınıb

"Gürcüstanda iki dəfə peyvənd olunmuş insanlarda üç ölüm hadisəsi qeydə alınıb".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib. 

"Bir dəfə aşılananlarda 5000, iki dəfə aşılananlarda 4000 yenidən yoluxma halı qeydə alındı.

Halların əksəriyyəti iki dəfə aşılananlarda yüngül keçdi, çox az bir hissəsini xəstəxanaya yerləşdirmək lazım oldu, rəqəmləri tam xatırlamıram və səhv salmaq istəmirəm. 

Təəssüf ki, iki dəfə aşılananlarda üç ölüm halı qeydə alındı", - deyib Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər