Təhsil Nazirliyi bəyanat yayır
Gürcüstanın Təhsil və Elm Nazirliyi 13 may 09: 00-da birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsinə başlayacaq və bu proses 5 iyun, saat 18: 00-da başa çatacaq.
lnterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayır.
Qeydiyyat Təhsilin İdarəetmə Məlumat Sisteminin rəsmi internet səhifəsində http://registration.emis.ge aparılacaq və onu uşağın valideynləri və ya qanuni nümayəndəsi təmin edəcək.
"Elektron qeydiyyatdan keçmiş şagirdlərin qəbulu üçün lazımi sənədlər 8-22 iyun tarixlərində təqdim ediləcək. Sənədlərin müəyyən olunmuş müddətdə təqdim edilməməsi halında qeydiyyat avtomatik olaraq ləğv ediləcəkdir.
Qeydiyyatın son IV mərhələsi məktəblərdə 24 iyun - 10 iyul tarixlərində həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçməmiş və ya qeydiyyatlarını dəyişdirmək istəyən şagirdlər boş qalan yerlərə qeydiyyatdan keçəcəklər. Şagirdin qeydiyyatı, valideyn və ya qanuni nümayəndə tərəfindən təqdim olunan zəruri sənədlər əsasında dövlət məktəbi tərəfindən təmin edilir.
Valideynlər ərizələri əlavə olunmuş sənədlərlə birlikdə elektron şəkildə və ya məktəb tərəfindən müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun olaraq məktəb rəhbərliyinə təqdim edə bilərlər.
Ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə:
Valideynlər ərizələrini sənədlərlə birlikdə elektron şəkildə və ya məktəb tərəfindən müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun olaraq məktəb rəhbərliyinə təqdim edə bilərlər; Məktəb ərizə və sənədləri elektron poçtla aldıqdan sonra iki gün ərzində valideynə xəbər verəcəkdir.
Tələb olunan sənədlərin hamısı elektron qaydada təqdim edildiyi təqdirdə, məktəb sənədləri maddi formada tələb etməyəcək və şagirdin qəbulunu qanunla müəyyən edilmiş müddətdə təsdiq edəcək.
Ümumi təhsil müəssisələri "Gürcüstanın ümumi təhsil müəssisəsinə şagirdin qəbulu üçün tələb olunan vacib sənədlər siyahısının təsdiq edilməsi haqqında" Gürcüstanın Təhsil və Elm Nazirinin 16 Avqust 2007-ci il tarixli, 675 nömrəli əmrini rəhbər tutmalıdır və şagirdin birinci sinifə qəbul edilməsi üçün əmrlə müəyyən edilmiş sənədlərdən başqa sənədlər tələb etməməlidir.
Gürcüstanın ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu üçün lazımi sənədlərin siyahısı:
Şagirdlərin qanuni nümayəndəsinin yaşayış yeri və telefon nömrəsi haqqında məlumatı əks etdirən ərizəsi;
Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşayışını təsdiq edən sənədinin surəti (varsa).
Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşamasını təsdiq edən sənədinin surəti (varsa).
Xarici dildə sənədlər təqdim edildikdə, onlara Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq gürcü dilinə tərcüməsi əlavə edilməlidir.
Nazirlik valideynləri uşaqlarını vaxtında və problemsiz olaraq məktəbə yazdırmaq üçün qeydiyyat vaxtları və şəxtləri ilə diqqətli tanış olmağa çağırır", - deyilir Nazirliyin məlumatında.


