11 
May
2021
11:11
1123

Tbilisi-Qırmızı Körpü yolunda bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 1981-ci il təvəllüdlü M.D.-nı qanunsuz olaraq odlu silahı alma-saxlama-gəzdirmə ittihamı ilə, Tbilisi-Qırmızı Körpü magistral yolunda saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarədən verilən məlumata görə, saxlanılan şəxsin şəxsi axtarışları nəticəsində - "NORINCO MODEL 213" model tapança, 8 ədəd patron götürülüb. Avtomobilində aparılan axtarış nəticəsində isə, Tokarev "TT" tapançası və eyni silah üçün 8 sursat patronu tapılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır ki, bu da qanunsuz olaraq odlu silahın alınması-saxlanılması və daşınmasını nəzərdə tutur.

Cinayət 4 ildən 7 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın