10 
May
2021
14:30
1561

Sərxoş sürücülərə sanksiyalar sərtləşdirilə bilər

"Sərxoş sürücülərə sanksiyalar sərtləşdirilə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə "Vətəndaşlar" partiyasının liderlərindən Aleko Elisaşvili məlumat verib.

Onun sözlərinə görə, layihə hazırlanma prosesindədir və yaxın iki həftə ərzində Parlamentdə qeydiyyatdan keçəcək.

"Hamı bilməlidir ki, əgər sərxoş vəziyyətdə sükanda oturursansa qatilsən, xalqı öldürmək üçün küçədə gəzirsən. Əgər kimisə statisika maraqlandırırsa, il ərzində neçə belə hadisənin baş verdiyinə baxa bilərik. Sərxoş sürücülər üçün cərimənin qaldırılmasını istəyirik. Hər kəs yaxşı fikirləşməlidir. Cəza artırılmalıdır. Bir çox ölkədə bunun üçün birbaşa həbs var, çünki onlar gerçəkliyə göz yumdular və biz buna göz yuma bilmərik", - dedi Elisaşvili.

Onun sözlərinə görə, qanun layihəsi "bu həftə və ya gələn həftə qeydiyyata alınacaq".

Bizimlə əlaqə saxlayın