Rurua həbsxanadan çıxandan sonra ilk şərhini verdi
"Gördüyü iş üçün müxalifətə təşəkkür etmək istəyirəm. Mən onlara inanıram".
InterPress.ge xəbər verir ki, bu barədə "Mtavari Arxi" kanalının qurucularından Qiorqi Rurua həbsxanadan çıxdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
Rurua ona qarşı irəli sürülən ittihamlardan bəhs edərək, "saxta ittihamlarla" bir il yarım həbsxanada qaldığını qeyd edib.
“İl yarım boş yerə həbsxanada qaldım. Niyə - bilmirəm, yalan ittihamlarla və bu sübut olundu və hər kəsə aydındır - irəliyə baxıb ölkəni bu böhrandan çıxarmaq üçün çalışaq. Gördüyü iş üçün müxalifətə təşəkkür etmək istəyirəm. Mən onlara inanıram", - deyərək Qiorqi Rurua xarici tərəfdaşlara, ombudsman aparatına, qeyri-hökumət sektoruna və gürcü jurnalistlərə təşəkkür edib.


