17 
Apr
2021
16:35
392

Rustaveli teatrının yanında qarşıdurma baş verdi

Müstəqil peşakar ittifaqı üzvləri "Qildia"nın aksiya keçirdiyi Rustaveli Teatrı yaxınlığında, teatr aktyorları ilə etirazçılar arasında şifahi qarşıdurma baş verib.

InterPress.ge xəbər verir ki, aktyor Qoqa Barbakadzenin sözlərinə görə, onların qıcıqlanmasına asbəb Rustaveli Teatrının bədii rəhbəri Robert Sturuaya qarşı etirazçılar tərəfindən təhqiramiz ifadələrin səsləndirilməsi olub.

Onun sözlərinə görə, Beso Zanquri bütün tamaşalardan kənarlaşdırılıb və artıq teatr qanuni olaraq edə biləcəyi hər işi görüb.

"Qıcıqlanmağımıza səbəb, hər şeyin Robert Sturuaya keçməsi oldu, guya Beso Zanquriyi o təşviq edib. Bu adam bütün tamaşalardan kənarlaşdırılıb, teatr qanuni edə biləcəyi hər işi görüb. Cinayət işi başlasa və bu adam təqsirli bilinərsə, Rustaveli Teatrı daha da çox qərar verəcək. Biz və bütün teatr Ninuça Mağaşviliyə həmrəylik bildiririk və zorakılığı pisləyirik. Robert Sturua, Beso Zanquri ilə həmrəylik bildirmədi və davranışına haqq qazandırmadı. Cənab Robert dedi ki, əgər günahkar tapılmayıbsa, bu insanı niyə cəzalandıraq. Buna görə də, çıxdılar və dedilər ki, Beso Zanquriyi təşviq edir. Aksiya başlamazdan əvvəl etirazçılar Robert Sturuanın paxıl olduğunu, qadınları təhqir etdiyini və alçaldıcı sözlər dediyini söylədilər. Məşqdə olmayıblarsa, bu məlumatı haradan əldə edirlər? Qadınlar da daxil olmaqla 61 nəfər teatrda işləyir, kimsə heç nə demir və bu heç bir şey demək deyil?", - dedi Qoqa Barbakadze.

Bizimlə əlaqə saxlayın