05 
Apr
2021
20:53
631

Növbəti sorğu keçirildi: Bazar günü seçkilər olsa, hansı partiyaya səs verərdiniz sualına cavab belədir

Beynəlxalq Respublika İnstitutunun (IRI) apardığı sorğuya görə, bazar günü seçkilər olsa, hansı partiyaya səs verərdilər sualına, 35%-i, "Gürcü Arzusu"na, 18%-i "Vahid Milli Hərəkat"a və 3%-i isə "Avropalı Gürcüstan"a səs verəcəklərini söyləyib.

InterPress.ge xəbər verir ki, tədqiqat Amerika xalqının dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə mümkün olub.

Sorğuda iştirak edənlərin yüzdə üçü "Strategiya Ağmaşenebeli"yə , "Zurab Qirçi Caparidze"yə 2%-i, "Vətənpərvərlər İttifaqı"na 2%, 2%-i "Leyboristlər Partiyası"na, 2%-i "Vətəndaşlar - Aleko Elisaşvili" yə, 1%-i ”Lelo"ya (Mamuka Xazaradze-Badri Caparidze) səs verəcəyini söyləyib.

Heç bir partiyaya respodentlərin 10%-i səs verməyəcəyini bildirib, 15%-nin suala cavab yoxdur, 5%-i isə bütün partiyaları işarələyəcəyini söyləyib.

Eyni zamanda, heç bir halda hansı partiyaya səs verməyəcəyiniz soruşulduqda, respondentlərin 27%-i "Gürcü Arzusu", 26%-i isə "Milli Hərəkat"ın adını çəkib.

Tədqiqat Beynəlxalq Respublika İnstitutunun Tədqiqat Mərkəzi adından Baltik Araşdırmaları və Gallup Təşkilatının nümayəndəsi Dr. Rasa Alişauskin tərəfindən 2-26 fevral 2021-ci il tarixlərində aparılmışdır.

Sahə işləri IPM tərəfindən həyata keçirilmişdir. Məlumat üz-üzə müsahibələr yolu ilə təbəqələşdirilmiş çoxpilləli təsadüfi seçmə metodu ilə toplanmışdır. Seçimdə səs hüququ olan və yaşı uyğun olan 1500 respondent iştirak etmişdir. Səhv həddi yüzdə +/- 2.5, cavab nisbəti yüzdə 75-dir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər