05 
Apr
2021
14:29
317

Qabunia: "Pasxadan əvvəl genişmiqyaslı məhdudiyyətlərə ehtiyacımız olmayacaq"

“Genişmiqyaslı məhdudiyyətlərə ehtiyac məsələsi həqiqətən yoxdur. Bu gün əsas məsələ tətbiq olunan qaydalara riayət edilməsidir. Bu qaydalar pozulmasa, həqiqətən, nə aprelin 15-dən, nə də Pasxadan əvvəl genişmiqyaslı məhdudiyyətlərə ehtiyacımız olmayacaq".

InterPress.ge xəbər verir ki, Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia bu barədə açıqlama verib.

Onun sözlərinə görə, qərar ölkədəki epidemiyadan asılı olacaq.

"Bununla əlaqədar, cavabımız epidemiya mənzərəsindən asılı olacaq, lakin indiyə qədər qüvvədə olan məhdudiyyətlərin kifayət qədər yaxşı potensialı var və icrası vacibir. Bu məsuliyyət həm vətəndaş, həm də nəzarətçi səviyyəsində qarşılıqlıdır. Əsas vurğu, əlavə məhdudiyyətlərə və genişmiqyaslı məhdudiyyətlərə ehtiyac qalmamaq üçün tətbiq olunan məhdudiyyətlərin pozulmamasına yönəlmişdi”, - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər