25 
Yan
2020
23:28
2136

Səhiyyə Nazirliyi Çindən gələn yolçularla bağlı bəyanat yayır

"Koronavirusla bağlı hava limanında həkimlər və epidemiologiya xidməti işləyirlər".

İmterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirinin müavini Tamar Qabunia bildirib.

Onun dediyinə görə, Çindən gələn hər bir yolçu hava limanında yoxlanılacaq.

“Hər bir yolçu koronavirus simptomlarının olub-olmaması ilə bağlı yoxlanılacaq. Səyahət məhdudiyyətinə gəlincə isə, Dünya Səhiyyə Təşkilatından belə bir tövsiyyə almamışıq. Ona görə də, hələlik prevensiya tədbirlərini görməyə davam edirik.

Epidemiologiya xidməti 24 saatlıq rejimdə mobilizasiya edilib. Bizə rekomendasiya verildiyi kimi, beynəlxalq requlyasiyalara riayət edirik, – bəyan edir Tamar Qabunia.

Yoxlanışın nə zaman davam edəcəyi ilə bağlı isə, nazir müavini qeyd edir ki, yoxlanış, Dünya Səhiyyə Təşkilatı tərəfindən risklərlə bağlı müvafiq rekomendasiyaların verilməsinə qədər davam edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər