12 
Mar
2021
07:51
305

Koronavirusu dualarla qovmağa çağıran Tanzaniya prezidenti reanimasiyaya düşüb

Koronavirusu dualarla qovmağa çağıran Tanzaniya prezidenti reanimasiyaya düşüb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin müxalifət lideri Tundi Lisu xəbər yayıb.

O bildirib ki, 61 yaşlı Con Maqufili martın 8-də Nayrobidə xəstəxnaya yerləşdirilib. Orada siyasətçinin ürəyi dayanıb.

Lisu hazırda dövləti başçısının vəziyyətinin kritik olduğunu vurğulayıb.

Qeyd edək ki, Maqufili ölkədə koronavirus epidemyasını təkzib edirdi və Tanrının Tanzaniyanı qoruduğunu deyirdi. Fevral ayında isə prezident respublikanın koronavirussuz il keçirdiyini açıqlamışdı.

Bundan başqa, Tanzaniya COVAX beynəlxalq vaksin paylaşımı proqramında (bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli və bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış mexanizm) iştirakdan imtina etmişdi.

Bizimlə əlaqə saxlayın