11 
Mar
2021
16:17
327

Azərbaycana 400 min dozadan çox “AztraZeneca” vaksini gətirilir

Azərbaycana koronavirus infeksiyasının qarşısının alınması üçün “AztraZeneca” vaksini idxal ediləcək.

Interpress.ge xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, İcbari Tibbi Sığorta üzrə Azərbaycan Agentliyi ilə “GAVİ ALLİANCE” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bizimlə əlaqə saxlayın