27 
Yan
2021
14:13
1456

Hökumət binasında görüş keçirilir - görüş ictimai nəqliyyatın bərpası, komendant saatı...

Hökumət rəhbərliyində Baş nazirin müavini Maia Çkitişvilinin rəhbərliyi ilə iqtisadi qrup mollar və ticarət mərkəzlərinin nümayəndələri ilə görüş keçirir.

InterPress.ge xəbər verir ki, biznes nümayəndələrinin tələbi həftəsonları da daxil olmaqla hər gün çalışmaq, əmlak vergisi güzəştləri, ictimai nəqliyyatını bərpası və "komendant saatı" ilə əlaqəlidir.

"Karvansla" nın direktoru Zurab Şavlağadzenin jurnalistlərə açıqladığına görə, biznesin açıldığı təqdirdə, bu biznes üçün sərfəli olmalıdır, çünki müştəri axını onsuz da azalıb.

"Şirkətlərin mənfəət əldə etməsi düşüncəsi olmalıdır. İctimai nəqliyyatın tam bərpa olunmasını tələb edirik. Şirkət işçilərinin gedib-gəlmələri olduqca baha başa gəlir. Bu xərclər 3 mindən 7 minə qədərdir və ay ərzində nə qədər olduğunu təsəvvür edə bilərsiniz", - deyə Şavlağadze bildirib.

Bizimlə əlaqə saxlayın