27 
Yan
2021
11:02
1056

Ölkədə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 742 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 255 564 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1081 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 245 527 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 12 nəfər ölüb və ölənlərin ümumi sayı 3108 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 18 007 test aparılmışdır. Bunlardan 10 627-si sürətli antigen testi, 7 380-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın