27 
Yan
2021
00:46
450

Rustavidə yol qəzası baş verdi

Rustavidə 7-ci mikrorayonda komendant saatı zamanı yol qəzası baş verib.

InterPress.ge şahidlərin sözlərinə istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yolun səthindəki buz üzərində sürüşüb, bundan sonra sürücü sükanı çevirə bilməyib, yaşayış binasının dayaq dirəkləri ilə toqquşub və bir neçə dirəyi məhv edib.

Təcili yardım briqadası toqquşma nəticəsində xəsarət almış sürücünü "Rustavi" klinikasına aparıb. Hazırda kişinin sağlamlıq vəziyyəti ağırdır və müalicəsini reanimasiya şöbəsində davam etdirir.

"Gətirilən zaman yaralıda kəllə-beyin travması qeydə alınırdı. Müvafiq klinik və laborator müayinələrdən keçirildi. Mütəxəssislər tərəfindən qiymətləndirilib reanimasiya şöbəsinə yerləşdirildi. Hazırda xəstənin vəziyyəti stabil ağırdır, klinikadadır və müalicəsini davam etdirir", - təcili yardım şöbəsinin müdiri Xatuna Revazişvili bildirib.

Xilasetmə, patrul və təcili yardım qrupları hadisə yerinə cəlb edilmişdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər