24 
Yan
2021
17:16
1256

Hökumətə məhdudiyyətlərin ləğvi üçün 48 saat vaxt verildi

Koronavirusla bağlı məhdudiyyətlərin qaldırılmasını tələb edən hökumət administrasiyası qaşısında davam edən aksiya sona çatdı.

InterPress.ge xəbər verir ki, etirazçıların bir hissəsi auditoriyalarda təhsil prosesinin bərpasını tələb edən aksiyaya qatılacaq, hansı ki, hal-hazırda Mziuridə davam edir.

Hökumət üzvlərinə xizək kurortlarındakı məhdudiyyətlərin ləğvi üçün 48 saat vaxt verdilər, əks halda hökumət idarələrinin piketləşdirilməsini imkanlardan biri kimi göstərdilər.

"Tələbimiz xizək kurortlarının açılmasıdır, hər kəsə zərər verən məhdudiyyətlərin aradan qaldırılmasıdır. İndi hökumət bütün bunları eşitməsə, növbəti addımlarımızın nə olacağı üzərində çalışırıq. Piket versiyalardan biri olaraq qəbul edilir və hər şey 48 saat içində açıqlanacaq", - mitinqin təşkilatçılarından biri olan Qeqa Salukvadze qeyd etdi

Bizimlə əlaqə saxlayın