20 
Yan
2021
20:55
4181

Səhiyyə naziri ictimai nəqliyyatla bağlı ŞAD XƏBƏR VERDİ

"Yaşıl zonada nəqliyyat açıla bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Elaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, ölkədəki məhdudiyyətlər, qaydalara ən ciddi şəkildə riayət edilməsi ilə mərhələli şəkildə açılacaq.

Nazirin qeyd etdiyinə görə, ölkə koronavirusun yayılması baxımından üç zonaya bölünüb. Yaşıl zonada məhdudiyyətlər sarı və qırmızı zonalardan daha erkən qaldırılacaqdır.

“Bildiyiniz kimi, ölkə yaşıl, sarı və qırmızı zonalara bölünüb. Bu gün Gürcüstanda bölgələrimiz bu istiqatamətdə bölünmüşdür. Buna görə də, bu açılışlar Gürcüstan boyunca, bölgələr istiqamətində mərhələli şəkildə həyata keçiriləcək. Yaşıl zona olduğunu göstərdiyimiz bölgələrdə, əlbəttə ki, həm iqtisadi fəaliyyət, həm də təhsil komponentini açmaq üçün daha çox imkanımız olacaq və qaydalara daha ciddi riayət olunsa nəqliyyatın açılması mümkündür. Sarı bölgələrə və qırmızı bölgələrə fərqli bir yanaşmamız olacaq", - dedi Tikaradze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər