09 
Dek
2020
14:29
565

Bu yerə girişlər məhdudlaşdırılır

Ölkədəki epidemiya vəziyyəti ilə əlaqədar olaraq, Mədəni İrsin Qorunması üzrə Milli Agentlik tabeliyi altında olan bütün muzeylərə və muzey-qoruqlarına ziyarətçilərin girişini müvəqqəti məhdudlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması üzrə Milli Agentlik məlumat yayır.

Müəyyən olunmuş qaydalara riayət etmək və epidemioloqların tövsiyələrini nəzərə almaq üçün Milli Agentlik vətəndaşları və turizm şirkətlərini planlı səfərləri və turları təxirə salmağa çağırır.

“Muzeylər Qoruğu İdarəsinin əməşdaşlarının sağlamlıq vəziyyəti və epidemiya vəziyyəti yaxşılaşdıqdan sonra, muzeylərə və muzey-qoruqlara ziyarətçilərin qəbulu müəyyən edilmiş tibbi təhlükəsizlik qaydalarına uyğun olaraq davam etdiriləcəkdir.

Agentlik muzey sahələrinin açılması ilə bağlı əvvəlcədən elan verəcək”,- deyə məlumat yayır Mədəni İrsin Qorunması üzrə Milli Agentlik.

Bizimlə əlaqə saxlayın