—

Yeniyetməyə xəsarət yetirən şəxs saxlanıldı

504
Yeniyetməyə xəsarət yetirən şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Tbilisi Yeniyetmələr Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum edilmiş 1984-cü il təvəllüdlü Q.K. qəsdən sağlamlığa az ağır ziyan…

Daxili İşlər Nazirliyinin Tbilisi Yeniyetmələr Şöbəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum edilmiş 1984-cü il təvəllüdlü Q.K. qəsdən sağlamlığa az ağır ziyan vurmaq və odlu silahların qanunsuz alqı-satqı-daşıma ittihamı ilə isti təqibdə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq, şübhəlinin, Tbilisi şəhərinin Kldiaşvili küçəsində 2004-cü il təvəllüdlü Q.Ç.-nin bədəninə xəsarət yetirdiyi və hadisə yerindən qaçdığını müəyyən edib.

Yeniyetmə təcili yardım briqadası tərəfindən xəstəxnaya aparılıb. Hal-hazırda həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Eyni cinayət işində iştirak edə biləcək digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin 3-cü hissəsinə, habelə 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən sağlamlığa qəsdən xəsarət yetirmə və qanunsuz olaraq odlu silah alma, saxlama və daşıma faktı ilə bağlı araşdırma aparılır",- bildirilir məlumatda.

Cinayət 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →