—

Azərbaycan MN cəbhədəki son vəziyyəti açıqladı - "Düşmən qaçır"

1,167
Azərbaycan MN cəbhədəki son vəziyyəti açıqladı - "Düşmən qaçır"
Dinləmək üçün basın

"Oktyabrın 18-də gün ərzində və 19-Na keçən gecə bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri…

"Oktyabrın 18-də gün ərzində və 19-Na keçən gecə bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib".

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb. Ölənlər arasında tabor komandirinin müavini, mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.

İşğal olunmuş ərazilərdə döyüş mövqelərindən qaçan hərbi vəzifəlilərin, könüllülərin, həmçinin Ermənistana köç etmək istəyən 55 yaşına qədər kişilərin qarşısını almaq məqsədilə yollarda komendant postları qurulub.

Bu məntəqələrdə avtomobillərin yoxlanılması zamanı çoxlu sayda silah-sursat, hərbi geyim və ləvazimat, eləcə də, yataq dəstlərinin döyüş bölgəsindən çıxarılaraq Ermənistana daşındığı məlum olub", - deyə məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tbilisidə parklanma cərimələrindən 10 ayda büdcəyə 20,4 milyon laridən çox vəsait daxil olubKaladze: Poniçalada partlayış baş verən binanın sökülməsi və yeni layihənin həyata keçirilməsi zəruri olacaqKobaxidze Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib: “Bu faciə bütün ölkəni sarsıtdı”Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı veribSon xəbərlərə bax →