—

Gürcüstanda ağır qətl hadisəsi baş verib - Gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü

3,081
Gürcüstanda ağır qətl hadisəsi baş verib - Gənc anasını və nənəsini yatdığı yerdə balta ilə öldürdü
Dinləmək üçün basın

Ötən gecə Tbilisidə 19 yaşlı M.Z ağır qətl hadisəsi törədib.

Ötən gecə Tbilisidə 19 yaşlı M.Z ağır qətl hadisəsi törədib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, həmin şəxs keçmişdə baş verən münaqişə zəminində 1946-cı il təvəllüdlü Z.D nənəsini və 1974-cü il təvəllüdlü T.Z anasını yatmış vəziyyətdə balta ilə öldürüb.

Gənc “isti izlər”lə saxlanılıb. Cinayətdə istifadə olunan balta maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Gənci 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →