—

Azərbaycan MN cəbhədəki son vəziyyəti açıqladı

1,729
Azərbaycan MN cəbhədəki son vəziyyəti açıqladı
Dinləmək üçün basın

"Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb".

"Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb".

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

"Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd T-72 tankı, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

Ermənistan silahlı qüvvələrinin 1-ci alayının müdafiə sahəsində geri çəkilən bölmələr arasında rabitə və qarşılıqlı əlaqənin pozulması səbəbindən bölmələr bir-birinə atəş açıb. Tankəleyhinə və digər bölmənin şəxsi heyəti də döyüş mövqelərini tərk edib.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir", - deyə məlumatda qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →