—

Tbilisidə iki nəfəri qarət edən üç xarici ölkə vətəndaşı saxlanılıb

229
Tbilisidə iki nəfəri qarət edən üç xarici ölkə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Tbilisidə iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə aldadıcı yolla daxil olaraq onlara xəsarət yetirməkdə, əl-ayaqlarını yapışqan lentlə bağlamaqda və soyuq silahla öldürməklə hədələyərək 2 000 lari pulunu…

Tbilisidə iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə aldadıcı yolla daxil olaraq onlara xəsarət yetirməkdə, əl-ayaqlarını yapışqan lentlə bağlamaqda və soyuq silahla öldürməklə hədələyərək 2 000 lari pulunu ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsinin əməkdaşları qrup halında törədilən quldurluq hadisəsi ilə bağlı üç xarici ölkə vətəndaşını hadisədən dərhal sonra saxlayıblar.

İstintaqla müəyyən edilib ki, hücum edənlər aldadıcı yolla iki xarici ölkə vətəndaşının müvəqqəti yaşadığı mənzilə daxil olublar. Onlar zərərçəkənlərə fiziki xəsarətlər yetirib, yapışqan lentlə əl-ayaqlarını bağlayıb və soyuq silahla öldürməklə hədələyərək onlara məxsus 2 000 larini qanunsuz olaraq ələ keçiriblər. Daha sonra hadisə yerindən qaçıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →