—

Xocalı və Gəncə hadisələrini eyniləşdirən türkiyəli aparıcı göz yaşlarını saxlaya bilmədi - VİDEO

1,944
Xocalı və Gəncə hadisələrini eyniləşdirən türkiyəli aparıcı göz yaşlarını saxlaya bilmədi - VİDEO
Dinləmək üçün basın

“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.

“Dünya bu şiddətə nə qədər susacaq? Soldakı foto 90-cı illərdə ilk Dağlıq Qarabağ müharibəsində çəkilib. Sağ tərəfdəki foto isə bu gün Gəncədə çəkilib”.

InterPress.ge xəbər verir ki, bu sözləri Türkiyənin “Haber Global” kanalında erməni vandallığı ilə əlaqədar hazırlanan süjeti təqdim edən aparıcı deyib.

O, bununla bağlı kadrlar təqdim olunarkən göz yaşlarını saxlaya bilməyib.

Süjetdə bildirilir ki, Ermənistan ordusunun mülki şəxsləri ayrı-seçkilik etmədiyi hücumlarında uşaqlar hədəf alınır.

“Əslində bu, Azərbaycan üçün tanış ağrıdır… Bu foto 90-cı illərdə Birinci Dağlıq Qarabağ müharibəsində çəkilib. Xocalı soyqırımının baş verdiyi, bir milyondan artıq azərbaycanlının evini, obasını tərk etmək məcburiyyətində qaldığı o dönəmlərdə… Azərbaycanlı qız uşağının üzündə ağrı, üsyan və çarəsizlik var. Qucağında olan bələkdəki qardaşı onunla bərabər erməni zorakılığından qaçarkən belə görüntülənmişdi”, - deyə kadrlardan bildirilir.

Süjet efirə verilərkən aparıcının əvvəlcə səsinin titrədiyi, sonra isə ağladığı eşidilir. Hətta kadrlar gedərkən studiyada bir müddət sakitçilik də yaranır. Sonra özünə gələn aparıcı Gəncədə çəkilən foto barədə danışmağa başlayır.

“Başından yaralanan uşaq Ermənistanın sivilləri hədəf alan hücumların son qurbanlarından biridir. İndi cavabı verilməli bir sual var: Dünya bu şiddətə daha nə qədər susacaq?”

“Haber Global”ın hazırladığı süjeti təqdim edirik:

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →