—

Tbilisidə xarici ölkə vətəndaşlarına hücum edərək qarət edən dörd yeniyetmə saxlanılıb

211
Tbilisidə xarici ölkə vətəndaşlarına hücum edərək qarət edən dörd yeniyetmə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup tərəfindən zor tətbiq edilməklə törədilmiş qarət ittihamı ilə dörd yeniyetməni…

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan bir qrup tərəfindən zor tətbiq edilməklə törədilmiş qarət ittihamı ilə dörd yeniyetməni saxlayıblar. Saxlanılanlardan biri əvvəllər məhkum olunub.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Tbilisidə xarici ölkə vətəndaşlarına hücum edərək onlara fiziki zorakılıq tətbiq edib, mobil telefonlarını və şəxsi əşyalarını ələ keçiriblər. Daha sonra isə hadisə yerindən qaçıblar.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsləri isti izlərlə saxlayıblar. Ələ keçirilmiş əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, – məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →