—

Məşhur britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib

188
Məşhur britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib
Dinləmək üçün basın

Britaniyalı aktyor Patrik Stüart 86 yaşında Los-Ancelesdəki evində vəfat edib.

Britaniyalı aktyor Patrik Stüart 86 yaşında Los-Ancelesdəki evində vəfat edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Aktyorun ailəsinin X sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib ki, ser Patrik Stüart həyat yoldaşı Sanninin qayğısı və yaxınlığı əhatəsində, Los-Ancelesdəki evində dünyasını dəyişib. O, Altsheymer xəstəliyi və Levi cisimcikli demensiya ilə qısa, lakin ağır mübarizədən sonra vəfat edib.

Stüart aktyorluq fəaliyyətinə 18 yaşında başlayıb. O, 1960-cı illərdən etibarən Kral Şekspir Teatrının truppasının üzvü kimi səhnədə canlandırdığı rollarla tanınıb.

Aktyor dünya şöhrətini “Ulduz yolu: Növbəti nəsil” teleserialında kapitan Jan-Lük Pikard və “İks-adamlar” film seriyasında telepat professor Çarlz Ksavyer obrazlarını canlandırmaqla qazanıb.

2010-cu ildə Böyük Britaniya kraliçası II Elizabet dram sənətinə verdiyi töhfələrə görə Bukingem sarayında ona cəngavər titulu verib. Bundan sonra o, ser Patrik Stüart kimi tanınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →