—

Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən azad edilib

286
Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral vəzifəsindən azad edilib
Dinləmək üçün basın

Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

InterPress.ge xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →