—

Gəncə yenə bombalandı - 5 ölü, 28 yaralı - VİDEO

2,091
Gəncə yenə bombalandı - 5 ölü, 28 yaralı - VİDEO
Dinləmək üçün basın

"İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat…

"İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir".

InterPress.ge xəbər verir ki, bununla bağlı Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək", - məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →