—

Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi - FOTO

1,243
Xocalı soyqırımının iştirakçısı olan erməni terrorçu məhv edildi - FOTO
Dinləmək üçün basın

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib. InterPress . ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, A.Arutyunyan…

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

InterPress.ge Azərbaycan KİV-nə istinadən xəbər verir ki, A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.

Aprel döyüşlərində də iştirak edən “Saşik” ləqəbli terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun “ASALA” terror təşkilatının üzvü olduğu bildirilir.

Medianın yaydığı məlumata görə, o, erməni ordusu tərəfindən Hadrut qəsəbəsinə edilən hücum zamanı Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →