Gürcüstanda oktyabrın 20-si gecə saatlarından başlayaraq şərqi, oktyabrın 21-dən isə qərbi Gürcüstanda oktyabrın 22-si günün ikinci yarısınadək fasilələrlə yağış yağacağı gözlənilir. Ölkənin şimalındakı dağlıq ərazilərdə, həmçinin Şida Kartli, Kvemo Kartli və Kaxeti bölgələrində bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimal edilir.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bəzi ərazilərdə şimşək çaxması və küləyin güclənməsi də mümkündür.
Güclü yağıntılar nəticəsində Enquri, Araqvi, Alazani və İori çaylarında, eləcə də onların qollarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi və daşqınların baş verməsi mümkündür.
Bundan başqa, təpəlik və dağlıq ərazilərdə torpaq sürüşməsi və sel-palçıq axınlarının yaranması və ya aktivləşməsi, şəhər ərazilərində isə ayrı-ayrı sahələrin su altında qalması ehtimal olunur.
Agentliyin məlumatında təhlükə səviyyəsinin orta olduğu qeyd edilib.
.jpg)