—

Azərbaycan və Ermənistan arasında qızğın müharibə hələdə davam edir - Cəhbədəki son vəziyyət açıqlandı - VİDEO

1,940
Azərbaycan və Ermənistan arasında qızğın müharibə hələdə davam edir - Cəhbədəki son vəziyyət açıqlandı - VİDEO
Dinləmək üçün basın

"Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib".

"Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

"Düşmən günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərib.

Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib. Müdafiəni düzgün təşkil edən bölmələrimiz düşmənin irəliləməsinin qarşısını alıb, onu tələyə salaraq darmadağın edib. Döyüş toqquşması nəticədə düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu və sursatla dolu 2 yük maşını məhv edilib.

Qoşunlarımız hazırda bütün cəbhə boyu əməliyyat üstünlüyünə malikdir", - deyə məlumatda bildirilir.

Eyni zamanda Azərbaycan MN yeni videogörüntülər yayıb:

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Arçil Gorduladze: “İllər ərzində konstitusiya quruluşunu devirmək üçün istifadə olunan zorakılıq vasitələri daha da ağırlaşırdı”Tornike Çeişvili: “Müxalifətin suallarının böyük hissəsi qeyri-relevant və məzmunsuzdur, bu isə vaxtı uzatmaq cəhdini yaradır”"Lelo" partiyasının üzvü Samadaşvili Poniçala faciəsi ilə bağlı: Qarşıda bizi, böyük ehtimalla, yalnız daha pis günlər gözləyirSon xəbərlərə bax →