Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, həmin şəxs Belçika Krallığının hüquq-mühafizə orqanlarının müraciəti əsasında dələduzluq ittihamı ilə axtarışda olub.
Axtarışda olan şəxs Gürcüstan sərhədini keçməyə cəhd edərkən Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
Hazırda saxlanılan şəxsin Belçikaya təhvil verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.
