—

Azərbaycanda məktəblərdə Hicab qadağası: 37 nəfər saxlanıldı

358
Azərbaycanda məktəblərdə Hicab qadağası: 37 nəfər saxlanıldı
Dinləmək üçün basın

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın…

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib.

InterPress.ge xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.

Tədbirlərin əsas məqsədi qanunvericiliyin tələblərinin icrasını təmin etmək, ictimai asayişin pozulmasının, nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır:

"Qeyd edirik ki, vətəndaşlar qanunvericiliyin tələblərinə əməl etməli, ictimai qaydanın pozulmasına, digər şəxslərin hüquq və mənafelərinə zərər vurulmasına, habelə polis əməkdaşlarının qanuni tələblərinin yerinə yetirilməməsinə yol verməməlidirlər.

İctimai asayişin və təhlükəsizliyin qorunması, təhsil müəssisələrinin normal fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, qanunazidd halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq və onu törədənlər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →