—

Nüvə materialını satmaq istəyən şəxs saxlanıldı

285
Nüvə materialını satmaq istəyən şəxs saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları nüvə materialı ilə qanunsuz davranma faktı üzrə ölkə vətəndaşını saxlayıblar. Saxlanılan şəxsin əlində olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700…

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları nüvə materialı ilə qanunsuz davranma faktı üzrə ölkə vətəndaşını saxlayıblar. Saxlanılan şəxsin əlində olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlaşdırdığı bildirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat və Xüsusi Əməliyyatlar departamentlərinin əməkdaşları tərəfindən birgə keçirilmiş tədbir nəticəsində radioaktiv maddə olan uranla qanunsuz davranma faktı üzrə Gürcüstanın bir vətəndaşı saxlanılıb.

“İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs əlində olan “Uran-238” nüvə materialını xarici ölkə vətəndaşına 700 min ABŞ dollarına satmağı planlaşdırıb.

Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə aparılır. Həmin maddə 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →