—

Marko Rubio: Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil

251
Marko Rubio: Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil
Dinləmək üçün basın

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hazırda gündəmdə deyil.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hazırda gündəmdə deyil.

InterPress.ge xəbər verir ki, Rubionun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna ilə bağlı əsas diqqət davam edən münaqişənin başa çatdırılmasına yönəlib.

“Bu suala sadə şəkildə “bəli” və ya “xeyr” cavabı vermək mümkün deyil. Yalnız onu deyə bilərəm ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi hazırda gündəmdə deyil. Bildiyiniz kimi, bunun üçün konsensus və bütün üzv ölkələrin yekdil razılığı tələb olunur.

Hazırkı mərhələdə Ukrayna ilə bağlı əsas diqqətimiz bu münaqişənin, əgər mümkündürsə, başa çatdırılmasına yönəlib. İnsan itkilərinin bu qədər çox olması təəssüf doğurur. Lakin biz açıq şəkildə bildirmişik ki, müharibənin başa çatmasına hər hansı töhfə verə biləriksə, bunu konstruktiv şəkildə etmək istəyirik”, – deyə Marko Rubio bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →