—

Tramp dizel yanacağının qiymətinin azaldılması ilə bağlı sərəncam imzalayıb

719
Tramp dizel yanacağının qiymətinin azaldılması ilə bağlı sərəncam imzalayıb
Dinləmək üçün basın

ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətinin azaldılması məqsədilə icra sərəncamı imzalayıb.

InterPress.ge xəbər verir ki, CNN-in məlumatına görə, Tramp qırmızı rəngə boyanmış dizel yanacağı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutan sərəncam imzalayıb. Sərəncamın dizel yanacağının qiymətinin rekord aşağı səviyyələrə endirilməsinə xidmət edəcəyi bildirilir.

Donald Tramp Nebraska ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib ki, sözügedən sərəncamla “qırmızı rəngə boyanmış dizeli vergisiz şəkildə almaq mümkün olacaq”.

“Bu sərəncam bütün növ malların, xüsusilə də ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsinə kömək edəcək”, – Tramp qeyd edib.

Qırmızı rəngə boyanmış dizel yanacağı kimyəvi tərkibinə görə adi dizel yanacağından fərqlənmir. Yeganə fərq onun rəngi və təyinatıdır. Qırmızı rəngli dizel yanacağı vergidən azaddır və yalnız kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulub.

Nəşrin məlumatına görə, vergidən azad dizel yanacağından istifadəyə icazə verilməsi ilk növbədə yük avtomobillərinin sürücülərinə fayda verəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →