—

Qardabanidə gənc oğlanı soyuq silahla öldürən şəxs saxlanılıb - VİDEO

326
Qardabanidə gənc oğlanı soyuq silahla öldürən şəxs saxlanılıb - VİDEO
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Patrul Polisi departamentlərinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli və Patrul Polisi departamentlərinin əməkdaşları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, istintaqla müəyyən edilib, təqsirləndirilən şəxs mübahisə zamanı gənc kişiyə soyuq silahdan istifadə etməklə xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxsi saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →