—

Marneulidə növbəti faciənin astanasından dönüldü - VİDEO

755
Marneulidə növbəti faciənin astanasından dönüldü - VİDEO
Dinləmək üçün basın

Marneulidə Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binasında qorxulu anlar yaşanıb. Binanın balkonunun üst hissəsi çöküb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Marneulidə Nəriman Nərimanov küçəsində yerləşən yaşayış binasında qorxulu anlar yaşanıb. Binanın balkonunun üst hissəsi çöküb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

InterPress.ge xəbər verir ki, hadisə yerinə Marneuli Nəzarət Xidmətinin əməkdaşları və Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, həmin binada 2022-ci ildə də faciəli hadisə baş vermişdi. Belə ki, binanın 5-ci mərtəbəsində yerləşən eyvanın uçması nəticəsində 2 nəfər həyatını itirmişdi.

Hadisənin səbəbləri və binanın texniki vəziyyəti ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı hələlik məlum deyil.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →