—

Batumi şəhərində külli miqdarda narkotik vasitə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb

267
Batumi şəhərində külli miqdarda narkotik vasitə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə xarici ölkə…

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım göstərilməsi ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Batumidə həyata keçirilən istintaq tədbirləri, o cümlədən təqsirləndirilən şəxsin üzərində və yaşadığı mənzildə aparılan axtarış zamanı satış üçün hazırlanmış xüsusilə külli miqdarda “metadon” narkotik vasitəsi aşkar edərək maddi sübut kimi götürüblər.

İstintaq tədbirləri çərçivəsində narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar da müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260²-ci maddələri ilə araşdırma aparılır. Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →