Kutaisidə balkonun uçması nəticəsində bir nəfər həyatını itirib.
InterPress.ge xəbər verir ki, hadisə bir müddət əvvəl Buxaidze küçəsində baş verib.
Mövcud məlumata görə, kişi balkonda olarkən balkon qəfil uçub və o, aşağı yıxılıb.
Kişi hadisə yerində dünyasını dəyişib.
