—

Mixeil Saakaşvili: Abxazlar bizə nifrət edir və bunun çarəsi yoxdur

426
Mixeil Saakaşvili: Abxazlar bizə nifrət edir və bunun çarəsi yoxdur
Dinləmək üçün basın

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Abxaziya məsələsi ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Abxaziya məsələsi ilə bağlı sosial şəbəkədə açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, məhkum olunmuş eks-prezident Abxaziyaya nəzarətin bərpası yolunun abxazlarla barışıqdan keçmədiyini bildirib.

Saakaşvilinin sözlərinə görə, Abxaziya məsələsinin həlli Rusiya imperiyasının zəifləməsi və mümkün parçalanması ilə bağlıdır.

“Kim düşünürsə ki, Abxaziyaya nəzarətin bərpası yolu yalnız maksimum 50 min abxazla barışmaqdan keçir, onun başında fikir əvəzinə palçıq var. Abxazlar bizə nifrət edir və bunun çarəsi yoxdur.

Abxaziya böyük geosiyasi məsələdir. Onun həlli Rusiya imperiyasının zəifləməsi və ehtimal olunan parçalanmasından keçir. Bu məsələ Ukraynanın uğurlarından, Qərbin gücündən və əlbəttə ki, Gürcüstanın özünün güclü vəziyyətdə olmasından asılıdır.

Ona görə də xırda məsələlərlə məşğul olmağı dayandırın və geniş mənzərəni görün. Eyni zamanda, vəfat edən abxaz bloqer Daur Buavanın ailəsinə başsağlığı verirəm”, - deyə Saakaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →