Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında Türkiyədə törədilmiş qəsdən adamöldürmə cinayəti ilə bağlı beynəlxalq səviyyədə axtarışda olub.
“Polis əməkdaşları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliklə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir”, – deyə məlumatda bildirilir.
