—

Qadına evində hücum edən şəxs saxlanıldı

769
Qadına evində hücum edən şəxs saxlanıldı
Dinləmək üçün basın

Kutaisidə qadının yaşadığı evə daxil olaraq ona fiziki zor tətbiq etməkdə və tapança ilə hədələyərək zinət əşyalarını ələ keçirməyə cəhd göstərməkdə ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxs…

Kutaisidə qadının yaşadığı evə daxil olaraq ona fiziki zor tətbiq etməkdə və tapança ilə hədələyərək zinət əşyalarını ələ keçirməyə cəhd göstərməkdə ittiham olunan, əvvəllər müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin bildirdiyinə görə, İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları məhkəmə qərarı əsasında həmin şəxsi quldurluq ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 11 iyulunda Kutaisidə qadına yaşadığı evdə hücum edib, ona fiziki xəsarət yetirib və tapança ilə hədələyərək qiymətli zinət əşyalarını götürməyə çalışıb. Daha sonra hadisə yerindən qaçıb.

Xəsarət alan qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib və o, təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →