—

Meriya əməkdaşı rüşvət alarkən saxlanıldı

487
Meriya əməkdaşı rüşvət alarkən saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi Batumi Meriyasının tabeliyində fəaliyyət göstərən "Batumi Bələdiyyə Müfəttişliyi"nin Tikintiyə Nəzarət şöbəsinin əməkdaşını külli miqdarda rüşvət…

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyi Batumi Meriyasının tabeliyində fəaliyyət göstərən "Batumi Bələdiyyə Müfəttişliyi"nin Tikintiyə Nəzarət şöbəsinin əməkdaşını külli miqdarda rüşvət tələb etmək və almaqda ittiham edərək saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, istintaq və operativ tədbirlər nəticəsində saxlanılan şəxsin Batumidə qanunsuz tikilmiş kommersiya təyinatlı obyektə görə qanunvericiliklə nəzərdə tutulan cərimənin tətbiq edilməməsi müqabilində Gürcüstan vətəndaşından rüşvət aldığı müəyyən edilib. O, rüşvəti alarkən cinayət başında yaxalanaraq təqsirləndirilən şəxs qismində saxlanılıb.

DTX-nin məlumatına görə, saxlanılan şəxsin əsas vəzifəsi Batumi şəhəri ərazisində bütün kateqoriyalara aid tikinti obyektlərinə nəzarət etmək, icazəsiz aparılan və qanunsuz həyata keçirilmiş tikinti işləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görmək olub.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə aparılır. Həmin maddə rüşvət alma cinayətini nəzərdə tutur və 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →