—

Marneulidə görkəmli aktyor Möhsün Sənaninin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

469
Marneulidə görkəmli aktyor Möhsün Sənaninin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Dinləmək üçün basın

Marneulidə fəaliyyət göstərən "İnkişaf və Təhsil Mərkəzi" nəzdində yaradılmış "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu" növbəti maarifləndirici tədbirini keçirib.

Marneulidə fəaliyyət göstərən "İnkişaf və Təhsil Mərkəzi" nəzdində yaradılmış "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu" növbəti maarifləndirici tədbirini keçirib.

InterPress.ge xəbər verir ki, iyulun 1-də "Tea House" məkanında təşkil olunan tədbir Azərbaycanın tanınmış teatr və kino aktyoru Möhsün Sənaninin həyat və yaradıcılığına həsr edilib.

Tədbirin moderatoru Türkan Kazımlı çıxış edərək Möhsün Sənaninin Marneulidən Bakıya uzanan zəngin sənət yolu, kiçik həvəskar teatr dərnəyindən başlayaraq böyük səhnələrə yüksəlməsi və xalq sevgisi qazanması barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbirdə "Tea House" kurslarının 45 yeniyetmə və gənc üzvü iştirak edib.

Proqram çərçivəsində Möhsün Sənaninin rol aldığı filmlərdən seçilmiş fraqmentlər nümayiş etdirilib. İştirakçılar "Molla Fətəlinin güzəştləri" və "Şeyx Sənan" filmlərindən səhnələrə, həmçinin aktyorun yaradıcılığı boyunca canlandırdığı müxtəlif obrazlara baxıblar.

Tədbirin sonunda klubun yaxın vaxtlarda həyata keçirəcəyi növbəti layihələr və görüşlər barədə iştirakçılara məlumat verilib.

Qeyd edək ki, "Azərbaycan Ədəbiyyatı və İncəsənəti Klubu"nun əsas məqsədi gənclərin Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsində biliklərinin artırılması və onların milli-mədəni irslə daha yaxından tanış edilməsidir. Klubun ilk tədbiri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuşdu.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →