—

Putin Ukrayna vətəndaşları üçün Rusiya vətəndaşlığı alma qaydalarını sadələşdirdi

1,203
Putin Ukrayna vətəndaşları üçün Rusiya vətəndaşlığı alma qaydalarını sadələşdirdi
Dinləmək üçün basın

Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb. Fərmana əsasən, 1 yanvar 2028-ci il tarixinədək Rusiyaya gələn Ukrayna vətəndaşlarından Rusiya vətəndaşlığı almaq üçün müraciət zamanı məhkumluq barədə arayış…

Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb. Fərmana əsasən, 1 yanvar 2028-ci il tarixinədək Rusiyaya gələn Ukrayna vətəndaşlarından Rusiya vətəndaşlığı almaq üçün müraciət zamanı məhkumluq barədə arayış tələb olunmayacaq.

Sənədə görə, Ukrayna vətəndaşları, eləcə də Ukrayna ərazisində daimi yaşayan və Rusiyaya, o cümlədən üçüncü ölkələr vasitəsilə köçən vətəndaşlığı olmayan şəxslər vətəndaşlıq üçün müraciət edərkən məhkumluğun olub-olmaması barədə sənəd təqdim etmək öhdəliyindən azad ediləcəklər.

Qüvvədə olan qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq istəyən şəxslər əvvəllər məhkum olunmadıqlarını və ya barələrində çıxarılmış ittiham hökmü ilə bağlı məlumatları təqdim etməli idilər.

Yeni fərman bu tələbi Ukraynadan gələn şəxslər üçün 2028-ci ilin əvvəlinədək aradan qaldırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →