İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı cavab tədbirləri ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, bəyanatda qeyd olunur: “Düşmən və cinayətkar İsrailin İran İslam Respublikasına qarşı təcavüzünə cavab olaraq” İran tərəfindən işğal olunmuş ərazilər istiqamətində genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumların ilk dalğası başlayıb.
SEPAH bildirib ki, əlavə məlumatlar rəsmi kanallar vasitəsilə ictimaiyyətə təqdim olunacaq."
