—

İlon Mask: QHT-lər vasitəsilə milyardlıq fırıldaq aparılır

İlon Mask: QHT-lər vasitəsilə milyardlıq fırıldaq aparılır
Dinləmək üçün basın

Amerikalı milyarder İlon Mask bildirib ki, qeyri-hökumət təşkilatları konkret şəxslərin bu strukturlar vasitəsilə böyük məbləğlərdə vəsait əldə etməsi üçün istifadə olunur və bu, nəhəng fırıldaqçılıqdır. Onun sözlərinə…

Amerikalı milyarder İlon Mask bildirib ki, qeyri-hökumət təşkilatları konkret şəxslərin bu strukturlar vasitəsilə böyük məbləğlərdə vəsait əldə etməsi üçün istifadə olunur və bu, nəhəng fırıldaqçılıqdır. Onun sözlərinə görə, “dövlət tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı” anlayışı özü-özlüyündə ziddiyyətlidir və əslində belə qurumlar sadəcə dövlət tərəfindən maliyyələşdirilən təşkilatlardır.

Mask qeyd edib ki, dövlət vəsaiti alan QHT-lər hökumətin birbaşa həyata keçirməsi halında qanunsuz sayılacaq fəaliyyətləri yerinə yetirirlər. Onun fikrincə, bu işlər “qeyri-kommersiya” statusu altında qanuni kimi təqdim olunur, halbuki mahiyyət etibarilə eyni məzmun daşıyır.

Milyarder əlavə edib ki, həmin təşkilatlar vasitəsilə ayrı-ayrı şəxslər özlərinə çox böyük məbləğlər ödəyir və sürətlə varlanırlar. Mask bunu müasir dövrün ən iri fırıldaqçılıqlarından biri, hətta bəlkə də ən böyüyü kimi qiymətləndirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstandan 83 xarici ölkə vətəndaşı deportasiya edilibGürcüstan və Azərbaycan Polis akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıbTengiz Şarmanaşvili əfv edilən məhbuslara qarşı müxalifətin təzyiqlərindən danışıb: “Bullinq onların üslubudur”Marneulidə 11 min lari dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanıldı - VİDEOİrakli Kuxianidze: “Şirkəti qoruyub saxlamaq üçün çıxış yolu axtarırıq, yeganə alternativ isə Çindir”Son xəbərlərə bax →