—

Avropa Parlamenti Aİ-dən xaricdə abortların maliyyələşdirilməsi üçün vəsait ayırmağı tələb edir

Avropa Parlamenti Aİ-dən xaricdə abortların maliyyələşdirilməsi üçün vəsait ayırmağı tələb edir
Dinləmək üçün basın

“Euronews”un məlumatına görə, Avropa Parlamentinin deputatları Avropa İttifaqını öz ölkələrində təhlükəsiz və qanuni aborta çıxış imkanı olmayan qadınlara dəstək məqsədilə xüsusi həmrəylik mexanizmi yaratmağa çağıran…

“Euronews”un məlumatına görə, Avropa Parlamentinin deputatları Avropa İttifaqını öz ölkələrində təhlükəsiz və qanuni aborta çıxış imkanı olmayan qadınlara dəstək məqsədilə xüsusi həmrəylik mexanizmi yaratmağa çağıran qətnaməni təsdiqləyiblər.

Nəşrin yazdığına əsasən, Avropa Parlamenti hüquqi baxımdan məcburi olmayan qətnamə qəbul edib. Sənəd təhlükəsiz aborta çıxışı olmayan qadınların dəstəklənməsi üçün xüsusi fondun yaradılmasını nəzərdə tutur.

Çərşənbə günü avroparlamentarların səsverməsi ilə qəbul edilən bu maliyyə mexanizmi Avropa İttifaqına üzv ölkələrə, abortun milli qanunvericiliklə qadağan olunduğu hallarda, qadınların başqa Aİ ölkələrində hamiləliyin dayandırılması xidmətlərindən yararlanmasına şərait yaratmağa imkan verəcək. Qeyd olunur ki, bu məhdudiyyətlər hazırda Aİ-yə üzv bir sıra dövlətlərdə qüvvədədir.

Məlumata görə, mexanizmdə iştirak Avropa İttifaqının bütün üzv ölkələri üçün mümkün və könüllü olacaq, maliyyələşmə isə Avropa fondları hesabına həyata keçiriləcək. Üzv dövlətlər abort xidmətlərini öz milli qanunvericiliklərinə uyğun şəkildə təmin edəcəklər.

Qətnamədə vurğulanır ki, təşəbbüsün əsas məqsədi Avropada bir çox qadının təhlükəsiz və qanuni aborta çıxış imkanlarının olmaması probleminin həllinə töhfə verməkdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstandan 83 xarici ölkə vətəndaşı deportasiya edilibGürcüstan və Azərbaycan Polis akademiyaları arasında əməkdaşlıq memorandumu imzalanıbTengiz Şarmanaşvili əfv edilən məhbuslara qarşı müxalifətin təzyiqlərindən danışıb: “Bullinq onların üslubudur”Marneulidə 11 min lari dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanıldı - VİDEOİrakli Kuxianidze: “Şirkəti qoruyub saxlamaq üçün çıxış yolu axtarırıq, yeganə alternativ isə Çindir”Son xəbərlərə bax →