—

Polis əməliyyatı – iki Türkiyə vətəndaşı külli miqdarda psixotrop maddə ilə saxlanılıb

278
Polis əməliyyatı – iki Türkiyə vətəndaşı külli miqdarda psixotrop maddə ilə saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin qanunsuz, qrup halında əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə…

Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin qanunsuz, qrup halında əldə edilməsi və saxlanılması ittihamı ilə Türkiyə Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü A.Ç. və 1988-ci il təvəllüdlü E.S.-i saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Məlumata əsasən, törədilən cinayət 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Polis əməkdaşları şübhəliləri Tbilisi–Senaki–Leselidze avtomagistralında avtomobillə hərəkətdə olarkən saxlayıblar. Şəxsi axtarış və avtomobilin yoxlanılması zamanı külli miqdarda psixotrop maddə – ‘Pregabalin’ tərkibli kapsullar aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 261-ci maddəsi üzrə davam etdirilir,” – DİN-in məlumatında qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə baş vermiş partlayışla bağlı başsağlığı veribPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarGia Abaşidze: “Xilasedicilər dağıntılar altında insanları axtararkən, ailələr yaxınlarının taleyi barədə xəbər gözləyir, ‘vətənsiz’ ‘millilər’ isə bu faciədən öz 28 noyabr biabırçı yürüşlərinin reklamSon xəbərlərə bax →